• 17 Aprel 2024
logo
Münaqişəni sülhlə həll etmək üçün… - Lavrov

Münaqişəni sülhlə həll etmək üçün… - Lavrov

Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə açıqdır, ancaq əvvəlcə gərək Kiyev Moskva ilə dialoqda özünə qoyduğu qadağanı aradan götürsün.

Baymedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Braziliyanın “O Qlobo” (O Globo) qəzetinə müsahibəsində bildirib.

“Rusiya münaqişənin sülh yolu ilə həllinə açıqdır. Bununla belə, həm Kiyevdəki, həm də Qərbdəki opponentlərimiz Rusiyaya qəbuledilməz ultimatum qoyan Vladimir Zelenski düsturunu irəli sürməyə köklənib. Onlar digər təşəbbüsləri, o cümlədən Braziliyanın irəli sürdüyü təşəbbüsü qəti şəkildə rədd edirlər”, - o bildirib.