• 3 Noyabr 2026
logo
Paşinyan Brüsselə gedib

Paşinyan Brüsselə gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə işgüzar səfərə yola düşüb.

"Armenpress"in xəbərinə görə, bu barədə Ermənistan Baş nazirinin mətbuat katibi Melaniya Arutyunyan özünün “Facebook” səhifəsində yazıb.

Ermənistan Baş naziri “Euronews” tərəfindən təşkil edilən və “Avropanın gələcəyi” mövzusunda keçiriləcək “Aİ Genişlənmə Zirvəsi 2026”da iştirak edəcək.

Ermənistan liderinin Brüsselə səfəri çərçivəsində xarici tərəfdaşlarla ikitərəfli görüşləri də planlaşdırılır.