Çin Braziliya xalqının müstəqil seçiminə hörmətlə yanaşır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Quo Szyakun ABŞ Prezidenti Donald Trampın Braziliyadakı seçkilərdə güman edilən saxtakarlıqlar barədə bəyanatlarını şərh edərkən bildirib.
"Biz Braziliya xalqının müstəqil seçiminə hörmətlə yanaşırıq", - deyə o, brifinqdə bildirib.
Daha əvvəl Tramp Braziliyada keçirilmiş prezident seçkilərini "dəhşətli" adlandırıb və onların nəticələrinin saxtalaşdırıldığı qənaətində olduğunu bəyan etmişdi. Bununla belə, Amerika liderinin iddia etdiyinə görə, o, heç kimin tərəfini tutmayıb və yeni prezident müddətinə təkrar seçilən Luis İnasiu Lula da Silva ilə yaxşı yola gedir.
Məryəm Quliyeva