Kiyev 2025-ci ilin dekabrından bəri Romadan hərbi yardım almır.
Xalqcebhesi.az -ın xəbərinə görə, bu barədə "La Repubblica" qəzeti yazır və qeyd edir ki, 13-cü paket komplektləşdirilsə də, onun tərkibinin göndərilməsi iyul və sentyabr aylarından sonra artıq üçüncü dəfədir ki, təxirə salınır.
Qəzet ehtimal edir ki, bunun səbəbi hökumət daxilindəki aydın fikir ayrılıqlarıdır. Hakim koalisiyaya daxil olan "Liqa" partiyası Ukraynaya silah göndərilməsinə qarşı etirazlarını daha təkidlə bəyan edir. Nəşr başqa bir aspekt kimi ABŞ Konqresinə aralıq seçkilərin nəticələrinin gözlənilməsini göstərir.
Baş nazir Corciya Meloni, XİN rəhbəri və iki nazirin müavinindən biri olan Antonio Tayani, eləcə də Müdafiə naziri Quido Krosetto Romanın Kiyevə "360 dərəcə" dəstəyini saxlayacağını davamlı olaraq vurğulayırlar. Lakin yardım getdikcə daha çox mülki təyinatlı əşyalara, məsələn, generatorlara müncər edilir. Hətta Krosettonun daha əvvəl etiraf etdiyi kimi, İtaliyanın resursları sonsuz deyil və yardım "imkanlar daxilində" həyata keçirilir.
"Liqa"nın milli katibi vəzifəsinə təkrar seçilən vitse-premyer, nəqliyyat və infrastrukturlar naziri Matteo Salvini isə açıq şəkildə bildirib ki, yanacağın bahalaşması və inflyasiyanın artması ilə bağlı kəskin daxili problemlər fonunda Kiyevə silah ötürülməsinin və onun maliyyələşdirilməsinin dayandırılması məsələsini hökumət qarşısında qaldıracaq.
Məryəm Quliyeva