Bütün Qafqazın Şeyxi: “Vatikanın informasiya vasitələrində ermənilər Azərbaycana dair saxta məlumat yaymağa çalışırlar”
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tacla Azərbaycan arasında Anlaşma Memorandumu imzalandı. Memorandumu Müqəddəs Taxt-Tacından adından Dinlərarası Dikasteriya Mərkəzinin rəhbəri Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzaladılar. Memorandumun əhəmiyyətini qeyd dən Kardinal Kuvakad bu sənədin dinlərarası dialoqun dərinləşməsi istiqamətində mühüm addım olduğunu vurğuladı. Kardinal Kuvakad Azərbaycana gəlişi zamanı burada sülh və harmoniyanın necə yüksək səviyyədə təşviq edildiyini də xatırlatdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xüsusi olaraq qeyd etdi. Kardinal eyni zamanda Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları İdarəsi arasında hələ ötən əsrin 90-ci illərindən yarandığını diqqətə çatdırdı. Dikasteriyanın rəhbəri həmçinin qeyd etdi ki, bu gün dünyada dinlərdən, xüsusilə islam dinində manipulyasiya aləti kimi istifadə edirlər və bu yolverilməzdir: “Dikasteriya mərkəzinin rəhbəri olaraq bu məsələdə mən də özümü məsuliyyətli hesab edirəm’’.
Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin salamlarını Müqəddəs Taxt-Tacın Dinlərarası Dikasteriya Mərkəzinin rəhbərinə çatdırdı. Müqəddəs Taxt-Tacla imzalanan sənədin əhəmiyyətini vurğulayaraq, hazırda Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsi, onun əhəmiyyətindən bəhs etdi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Azərbaycanda da nunsiaturasının (Vatikanın Səfirliyinin) yaradılmasının vacibliyini qeyd etdi. Bütün Qafqazın Şeyxi həmçinin bildirdi ki, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şərait yaradıldığını diqqətə çatdırdı. Görüş zamanı Müqəddəs Taxt-Tacla Qafqaz Müsəlmanları arasında əməkdaşlığın perspektivləri, görləcək işlərdə müzakirə olundu. Şeyxülislam Allahşükür Paşazadə bu ilin mart ayında Qafqaz Müsəlmanlarının təşəbbüsü və təşkilatçılğı ilə Romada bütün dinlərin nümayəndələri üçün keçirilmiş iftar süfrəsinin dinlərarası dialoqun dərinləşməsində mühüm rol oynadığını qeyd etdi. ‘’Bu gün dünyada münaqişə ocaqları var, Yaxın Şərqdə, Ukraynada. Vatikanda Papanın təşəbbüsü ilə keçiriləcək Dinlərarası Konfrans bu baxımdan vacibdir ki, din xadimləri siyasi xadimlərə təsir göstərərək, bu münaqişələri dayandıra bilsinlər.’’ Kardinal Kuvakad digər müsəlman dini mərkəzləri və onların nüfuzlu rəhbərlərinin sözügedən Konfransa məhz Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə dəvət olunmalarının vacibliyini ifadə etdi. Bütün Qafqazın Şeyxi eyni zamanda son vaxtlar Vatikanın informasiya agentliyi olan ‘’Vatikan News”da bəzən erməni mənbələrinə əsaslanan yalan məlumatların da yayıldığını qeyd etdi, bununla bağlı əsaslı dəlillər təqdim etdi. Məsələ ilə bağlı dərhal aidiyyatı qurumlara məlumat verəcəyini qeyd edən Kardinal Kuvakad problemin aradan qaldırılacağını bildirdi. Bütün Qafqazın Şexi Kardinal Kuvakada Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılmış şəraitə görə dərin minnətdarlığını bildirdi.
Daha sonra Anlaşma Memorandumunun imzalanması və xatirə hədiyyələrinin təqdim edilməsi baş tutdu.
Qeyd edək ki, Anlaşma Memorandum 4 fevral 2019-cu il tarixli «Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi»nə istinadən həyata keçirilən ilk təşəbbüs kimi qiymətləndirilir.