• 26 Oktyabr 2026
logo
Tramp Netanyahunun İrana hücum təklifini rədd edib

Tramp Netanyahunun İrana hücum təklifini rədd edib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun xahiş etdiyi, yəhudi dövlətindəki seçkilərə qədər İrana qarşı birgə zərbə endirilməsi təklifi ilə razılaşmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ və İsrail mənbələrinə istinadən "CNN" telekanalı məlumat yayıb.

"Netanyahu çox istəyirdi və Trampı seçkilərdən əvvəl İrana birgə hücumun zəruriliyinə inandırmağa çalışırdı, lakin Tramp razılaşmadı", - deyə telekanal İsrail mənbəyindən sitat gətirib. Həmin mənbənin sözlərinə görə, səbəblərdən biri İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamirin ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dən Keynə verdiyi xəbərdarlıq olub. Zamir zərbənin İsraildəki seçkilərə zərər vuracağını və onların təxirə salınmasına gətirib çıxaracağını bildirib.

"CNN" mənbələrinin verdiyi məlumata görə, İsrail son həftələrdə İrana hücuma hazırlaşırdı və amerikalı rəsmilər arasında bu zərbələrin tərəfdarlığını edirdi. Lakin indi planlar təxirə salınıb və ehtimal ki, ABŞ Konqresinə aralıq seçkilərdən sonra keçiriləcək birgə əməliyyatlara hazırlıq görülür. Onlar dəqiqləşdiriblər ki, İsrail bu təxirəsalınmaya qismən də Raketdən Müdafiə sahəsində Birləşmiş Ştatların dəstəyinə ehtiyacı olduğu üçün razılaşıb.

Məryəm Quliyeva