ABŞ Yaxın Şərqdə münaqişənin uzanması tələsinə düşüb və belə bir uzunmüddətli müharibə inkişaf etmiş yeraltı obyektlərə və tam istehsal dövriyyəli zavodlara malik İranın xeyrinə işləyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rizayi bəyan edib.
"Müharibə İranın xeyrinə, Amerikanın isə zərərinə işləyəcək. Uzunmüddətli müharibə şəraitində əsas məsələ ölkənin fasiləsiz istehsal, yerləşdirmə və cavab vermə dövrəsini saxlaya bilməsindədir. Biz qarşı tərəfə zərər vura biləcəyimizi göstərdik", - deyə o, "Drop Site" nəşrinə müsahibəsində bildirib.
Rizayi əlavə edib ki, Hörmüz boğazı ətrafındakı qarşıdurma Vaşinqton üçün hərbi əməliyyatları uzatmaq üçün yeni bir bəhanəyə çevrilib, lakin Tehran Amerika tərəfi öz öhdəliklərini yerinə yetirənə qədər öz təsirindən imtina etmək niyyətində deyil.
Məryəm Quliyeva