• 19 Oktyabr 2026
logo
Azərbaycanın 9 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Azərbaycanın 9 ayda Ermənistana ixracının ümumi dəyəri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

"APA-Economics" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,10%-ni təşkil edib.

Ermənistandan Azərbaycana idxalın dəyəri isə 96.46 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən ay Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan Ermənistandan Azərbaycana alüminium folqa ixrac edildiyini bəyan etmişdi.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 210.67 milyon ABŞ dolları təşkil edib.