Yəmənin üsyançı "Ənsar Allah" hərəkatından olan husilər Səudiyyə Ərəbistanının şərqindəki Ras-Tannura şəhərində yerləşən neft emalı zavoduna balistik raketlə zərbə endiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə üsyançıların hərbi nümayəndəsi Yəhya Saria çıxış edib.
"Yəmən silahlı qüvvələri (husilər öz birləşmələrini belə adlandırırlar - red.) Şərq əyalətindəki Ras-Tannurada yerləşən neft emalı zavoduna balistik raketlə hücum edib", - deyə Sarianın Telegram kanalında dərc olunan bəyanatında bildirilir.
Hərəkat nümayəndəsinin versiyasına görə, zərbə dəqiq olub və "hücuma məruz qalan obyektdə güclü yanğınların baş verməsinə gətirib çıxarıb".
Məryəm Quliyeva