• 30 Oktyabr 2026
logo
Netanyahunun bloku Knesset seçkilərində 53 yer qazanıb

Netanyahunun bloku Knesset seçkilərində 53 yer qazanıb

İsrailin baş naziri Binyamin Netanyahunun "Likud" partiyası oktyabrın 27-də keçirilmiş parlament seçkilərində bülletenlərin 100%-i işləndikdən sonra verilən səslərin sayına görə liderdir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı ilkin məlumatlarda bildirilib.

Verilən məlumata görə, 120 yerlik parlamentdə "Likud" 27 mandat əldə edir, Netanyahunun müxalifətdəki əsas rəqibi Qadi Aizenkotun rəhbərlik etdiyi "Yaşar" partiyası isə ikinci yeri tutaraq 21 yer qazanır. "Likud"un və Netanyahuya dəstək verən, hazırkı hakim koalisiyanı təşkil edən ultra sağ və ortodoksal partiyaların blokunun liderliyi də qorunub saxlanılır. Onlar Knsessetdəki 120 kürsüdən 53-nə nəzarət edir, müxalifət isə 48 deputat mandatı qazanır. 19 yeri isə proqnozlara görə nə müxalifətin, nə də "Likud"un koalisiyaya daxil olmağa hazırlaşmadığı ərəb partiyaları əldə edir.

Məryəm Quliyeva