• 18 Aprel 2024
logo
Ukraynaya mərmi verməyəcəyik, çünki yoxdur - Stoyanov

Ukraynaya mərmi verməyəcəyik, çünki yoxdur - Stoyanov

Bolqarıstan hökuməti AB ölkələrinin Ukraynaya birgə sursat tədarükü planında iştirak etməyəcək.
Baymedia.az xəbər verir ki, bunu Bolqarıstanın müdafiə naziri Dimitar Stiyanov deyib.
Onun sözlərinə görə, rəsmi Sofiya Ukraynaya 155 mm-lik mərmilərin tədarükün planında iştirak etməyəcək, çünki bolqar ordusu bu mərmilərdən istifadə etmir:
“Bolqarıstan ordusunda belə sursat yoxdur, ona görə də onların Ukraynaya verilmə ehtimalı da yoxdur. Biz belə kalibrlərdən istifadə etmirik”.