• 26 Aprel 2024
logo
Rusiyanı tamamilə parçalamaq istəyirlər - Qişan

Rusiyanı tamamilə parçalamaq istəyirlər - Qişan

ABŞ Yaxın Şərq ölkələrinin Ukraynadakı vəziyyətlə bağlı bitərəfliyini qəbul etmir. Çünki Qərb Rusiyanı tamamilə parçalamaq istəyir.
Baymedia.az xəbər verir ki, bunu İordaniyanın keçmiş deputatı Nabil əl-Qişan deyib.
"Bu gün Rusiya ilə qarşıdurma fonunda amerikalılar Yaxın Şərq regionunda neytrallığı qəbul etməyəcəklər, çünki onlar Rusiyaya son qoymaq istəyirlər", - eks-deputat bildirib.
İordaniyalı ekspert xüsusilə ABŞ-ın İsraili Ukraynaya silah tədarükünü nəzərdən keçirməyə məcbur edə bildiyini vurğulayıb:
"Netanyahunun israillilərin Ukraynaya silah göndərmək istəməsi ilə bağlı bəyanatı İsrailə təzyiqin artdığı anlamına gəlir".