• 8 Dekabr 2021
logo
“Çeçenistan müstəqil addımlar atmaq niyyətini ortaya qoymağa başlayıb”

“Çeçenistan müstəqil addımlar atmaq niyyətini ortaya qoymağa başlayıb” - Samir Hümbətov

“Rusiya son zamanlar xarici siyasətdə, xüsusilə də Cənubi Qafqaz, Suriya və Ukrayna siyasətində fəallıq göstərməyə çalışsa da, daxilində getdikcə gərginləşən vəziyyətin böyüməsinin qarşısını almağı bacarmır. Bir ay bundan öncə Tatarıstanla başlayan daxili fikir ayrılıqları təkcə bir ərazi ilə məhdudlaşmır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. Plitoloq bildirib ki, artıq yayılan məlumatlara əsasən Çeçenistan da tabeçilikdən uzaqlaşıb müstəqil addımlar atmaq niyyətini ortaya qoymağa başlayıb: “Digər tərəfdən isə Rusiyaya qarşı tətbiq edilən sanksiyalar da onun xarici ticarətində ciddi problemlərin yaranmasına səbəb olmaqdadır ki, bu da birbaşa Rusiyanın daxili iqtisadi vəziyyətinə təsir göstərməkdədir. Bundan başqa 2 ilə yaxındır davam edən Covid-19 pandemiyası nəticəsində Rusiya iqtisadiyyatına təqribən 100 milyard dollardan artıq ziyan dəyib ki, bu da iqtisadiyyatı sanksiyalar altında olan dövlət üçün kifayət qədər böyük rəqəmlər hesab edilir.
Artıq Rusiya daxilində mövcud olan subyektlər vəziyyətin ciddiliyini anlamağa başladıqları gönünməkdədir. Məhz buna görə də vəziyyətdən istifadə edərək özlərinin müstəqil davranışlarını müəyyənləşdirməyə çalışırlar.
Əgər pandemiya və Rusiya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyalar uzun müddət davam edərsə, ən böyük təsir məhz Rusiya iqtisadiyyatına olacaq ki, nəticədə daxili narazılıq və mərkəzdənqaçma meylləri güclənə bilər. Bu da Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi xəritənin reallaşmasını sürətləndirə bilər”.