• 8 Dekabr 2021
logo
Bayden “Şimal axını 2”yə qarşı sanksiyaları büdcədən çıxarmaq istəyir

Bayden “Şimal axını 2”yə qarşı sanksiyaları büdcədən çıxarmaq istəyir

"Foreign Policy" yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Konqresdəki Demokratlar vasitəsilə "Şimal axını 2"yə qarşı sanksiyaları ölkənin müdafiə büdcəsindən çıxarmağa çalışır.
Nəşrin məlumatına görə, ötən həftə dövlət katibi Entoni Blinken və Ağ Evin digər yüksək rütbəli məmurları bəzi konqresmenlərə zəng edərək onları layihədə iştirak edən şirkətlərə qarşı sanksiyalarla gələn ilin müdafiə büdcəsinə düzəlişləri ləğv etməyə çağırıblar.
Xüsusən də administrasiya bu yolla Almaniyadan gələn firmalar üçün maliyyə məhdudiyyətlərinin tətbiqinin qarşısını almağa çalışır.
Məqalədə qeyd edilir ki, bu addım “Konqresdəki respublikaçıların qəzəbinə səbəb olub”.
Qeyd edək ki, ABŞ-ın 2022-ci il üçün müdafiə büdcəsinə “Şimal axını 2”yə qarşı sanksiyaları ehtiva edən düzəlişlər Xarici Əlaqələr Komitəsinin üzvü Cim Riş də daxil olmaqla altı GOP senatoru tərəfindən edilib.
Cavid