• 18 May 2024
logo
İran İsraili Su-24-lə hədələdi

İran İsraili Su-24-lə hədələdi

İsrail əməliyyatımıza hərbi cavab versə, Hərbi Hava Qüvvələrimizin Su-24 bombardmançıları mümkün hücumda iştirak edəcək.

Baymedia.az xəbər verir ki, bunu İran Hərbi Hava Qüvvələrinin baş komandanı Həmid Vahidi deyib.

“İranın düşmənlərinə strateji səhvlərə yol verməməyi tövsiyə edirəm, çünki biz Ali Baş Komandanın hədəflərə, xüsusən də Su-24 bombardmançı təyyarələrindən istifadə etməklə zərbələr endirmək əmrinə hazırıq. Hazırda Su-24 bombardmançılarının döyüş hazırlığı səviyyəsi həmişəkindən yüksəkdir və düşmən strateji səhv etmək istəsə, İran kompensasiyası mümkün olmayan zərbə vuracaq”, - Vahidi bildirib.