• 23 İyun 2024
logo
Ukrayna bu aerodromu ballistik raketlərlə vurdu

Ukrayna bu aerodromu ballistik raketlərlə vurdu

Ukrayna ordusu Rusiyanın Krımdakı Cankoy hərbi aerodromuna zərbələr endirib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Hücumun yerli vaxtla saat 3:40-da (Bakı vaxtı ilə saat 04:40) başladığı və təxminən 1 saat davam etdiyi bildirilib.

İlkin məlumata görə, aerodroma 7-8 ədəd ballistik raket atılıb. Aerodrom ərazisində yanğın başlayıb.