• 29 Mart 2024
logo
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 214 yeni yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Baymedia.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 513 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 210 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 401 aktiv xəstə var. Bu günə qədər 9 902 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 728, bu günə qədər isə ümumilikdə 7 231 342 test icra olunub.