• 6 İyun 2026
logo
Azər Aslanov: “Ölkədə idmanın inkişafı üçün bütün imkanlar yaradılıb”

Azər Aslanov: “Ölkədə idmanın inkişafı üçün bütün imkanlar yaradılıb”

Son illər cəmiyyətdə gənclərin idmana marağının artması prosesi sürətlə davam edir.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov bildirib.

O qeyd edib ki, federasiyanın təşkil etdiyi tədbir və turnirlərdə bu tendensiya açıq şəkildə müşahidə olunur:

“Bütün tədbir və turnirlər izdihamlı keçir. Müsbət dinamika müşahidə edirik. Bunun cəmiyyət üçün çox müsbət nəticələri var. Nəticədə sağlam ruhlu gənclər formalaşır”.

A. Aslanov əlavə edib ki, gənclərin faydalı məşğuliyyətlərə yönəlməsi onların hərtərəfli inkişafına xidmət edir:

“Bu, onların həm vətənpərvər, həm intellektual, həm də fiziki baxımdan sağlam yetişməsinə şərait yaradır. Ölkəmizdə idmanın inkişafı üçün hər cür imkan və şərait yaradılıb”.