• 30 İyun 2026
logo
Dövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunub

Dövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunub

“Bakı şəhərinin Suraxanı rayonun ərazisində fəaliyyət göstərən 60 mindən artıq əhalisi olan Əmircan bələdiyyəsinin inzibati binasında rəhbərlik etdiyim QHT-nin növbəti görüşünü keçirdik. Layihəmizi maliyyələşdirən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Bu ilki layihəmizin istiqaməti “Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlili” həsr olunub.”

Bu açıqlamanı mətbuata Ədalət, Hüquq, Demokratiya, (ƏHD) Partiyasının Baş katibi, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə bu dəfəki görüş Suraxanı rayonun ərazisində faliyyət göstərən 2-ci tədbir idi:“ Tədbirimizin 2-ci görüşünü Əmircan bələdiyyəsinin inzibati binasında etdik. Ümumilikdə Suraxanı rayonun ərazində 4 bələdiyyədə tədbir keçirdəcəyik. Tədbirlərimizin yüksək səviyyədə keçirilməsi üçün ilk olaraq Suraxanı rayonun icra başçısı hörmətli Adil Əliyevə təşəkkürümü bildirirəm. Bu günki keçirdiyimiz tədbirdə bələdiyyə sədri, bələdiyyə sədrinin müavinləri, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları ilə yanaşı yerli sakinlər iştirak edirdi. Tədbirin təşkili üçün Əmircan bələdiyyəsinin sədri Emil Yusifova təşəkkürümüzü bildiririk. 25-30 nəfərin iştirak etdiyi görüşdə əsasən lahəmizin istiqaməti barədə geniş və ətraflı məlumat verdim. Layihənin əsas istiqaməti bələdiyyə rəhbərliyinin, bələdiyyə qulluqçularının , bələdiyyə üzvlərinin və bələdiyyənin vergi yığanlarının vətəndaşlarla münasibətlərin çox yüksək səviyyədə qurulmasının vacibliyinə toxunduq. Həmçinin Bələdiyyələr sahəsində qanunvericilik aktlarının təhlilinin olduqca mühüm əhəmiyyətindən bəhs etdik. Bu gün bələdiyyələr daha çox qanuni aktların icrasına önəm verməlidir. Qəbul etdikləri qərarlar birbaşa qanuna söykənməlidir. Qanundan kənar bələdiyyələr qərar qəbul etməməlidilər. Qəbul olunmuş bələdiyyə aktları qanundan kənar çıxamamlıdır. Bələdiyyə sədri Emiı müəllim Əmircan bələdiyyəsinin əsasən vətəndaşlardan əmlak və torpaq vergisinin topladığını bildirdi. Əmircan qəsəbəsinə Suraxanı rayonunicra hakimiyyətinin başçısı Adil Əliyevin böyük diqqət və qayğı göstərdiyini, qəsəbədaxili mövcud problemlərin həlli istiqamətində birgə işlərin aparıldığını qeyd etdi”.

QHT sədrinin sözlərinə görə, layhənin əsas isitqaməti həm də bələdiyyələrlə keçirilən görüşlərlə yanaşı, həmçinin ölkəmizdə fəaliyyət göstərən televiziya kanalında layihə barədə 5 verlişin çəkiıməsi həyata keçiriləcək. “

Niyaməddin Orduxanlının bildirdiyinə görə, Suraxanı rayonu Bakı şəhərinin ən nümunəvi rayonlarından biridir:” Əmirxan qəsəbəsində Suraxanı rayonunun icra hakimiyyətinin gördüyü işlərin canlı şahidi olduq. Qəsəbədə çox işlərin görüldüyünü deyə bilərəm. Qəsəbənin böyük ərazsində asvalt örtükləri yenilənmişdi. Həmçinin bələdiyyələrin üzərinə düşən vəzifələr və görülən işlərdən çox geniş formada danışıldı. Ölkəmizdə Bələdiyyə səlahiyyətlərinin hansı səyyədə olduğu da geniş müzakirə olundu.”

QHT sədri Niyaməddin Orduxanlının dediyinə görə, görüşdə Azərbaycanda 1999-cu ildən yaradılmış bələdiyyə institutundan da danışılıb: “Bələdiyyə çox önəmli bir institutdur. Azərbaycanda yerli özüniidarə etmənin 26 illik tarixi var. İlk olaraq 2700 bələdiyyyə fəaliyyət göstərirdi. Ancaq indi bu bələdiyyələr birləşərək 685 yendirilib. Qaraçuxur bələdiyyəsi də ilk yaranan bələdiyyələrdəndir. Dövlətimizin inkişaf üçün mütləqdir ki, bələdiyyə institunun səlahiyyət və imkanları genişləndirililsin. Bizim təşkilatın əsas fəaliyyəti də by istiqamətdədir. Bələdiyyələrin büdcələrinin formaşadırılması yığılan vergilərlə formalaşdırılır. Vətəndaşları bələdiyyə yığımına cəlb etməliyik. Maarifləndirmə işlərini daha da artırmalıyıq. Layihəyə uyğun olaraq Suraxanı rayonunda fəaliyyət göstərən bələdiyyələrlə keçirdiyimiz görüş və rayonda görülən işlər barədə internet televiziyasında məlumat yayılacaq. Həmçinin də ölkə mediasında və sosial şəbəkələrdə geçirilən görüş barədə geniş məlumatlar veriləcək" Layihənin sonunda keçirlən tədbirlərlə bağlı QHT-lərə Dövlət Agentliyinə və digər dövlət qurumlarına hesablar təqdim olunacaq.”

Dövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunubDövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunubDövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunubDövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunubDövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunubDövlət Agentliyinin dəstəklədiyi layihə Əmircan bələdiyyəsində icra olunub