• 24 Noyabr 2026
logo
Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir

Gürcüstan XİN rəhbəri Azərbaycana rəsmi səfərə gəlir

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana rəsmi səfər edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, XİN başçısı ikigünlük səfər çərçivəsində rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirəcək.