• 20 Noyabr 2026
logo
“Real Madrid” sabiq futbolçusunu geri qaytarmaq istəyir

“Real Madrid” sabiq futbolçusunu geri qaytarmaq istəyir

İspaniyanın “Real Madrid” klubu yetirməsi, hazırda İtaliyanın “Komo” komandasında çıxış edən Niko Pası geri qaytarmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Madrid təmsilçisi 22 yaşlı argentinalı yarımmüdafiəçini 80 milyon avroya geri almaq hüququndan istifadə etməyi nəzərdən keçirir.

Qeyd edək ki, “Komo” cari mövsümdən əvvəl Niko Pasın transfer hüquqlarını “Real Madrid”dən 60 milyon avroya alıb. Cənubi amerikalı futbolçu bu mövsüm A Seriyası və UEFA Çempionlar Liqasında 14 oyunda meydana çıxıb, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.