• 27 İyul 2024
logo
Zərdabda maşın ağaca çırpıldı: ölən var

Zərdabda maşın ağaca çırpıldı: ölən var

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baymedia.az xəbər verir ki, rayonun Qaravəlli kənd sakini Əmrah Vüqar oğlu Umarov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zərdab şəhəri Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kəsişməsində olan ağaca çırpılıb.

Nəticədə sərnişin Raul Əziz oğlu Əliyev hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.