• 19 Aprel 2024
logo
Oğuza qoz boyda dolu yağdı

Oğuza qoz boyda dolu yağdı

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb.
Baymedia.az-ın Report-a istinadən məlumatına görə, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.
Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.
Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.