• 20 Aprel 2024
logo
İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edildi

İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edildi

Polis polkovniki Zamin Həsənov Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna rəis təyin edilib.
Baymedia.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi polis general-mayoru Əlaslan Ağayev idi. O, ötən ilin mayında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.