• 5 Oktyabr 2022
logo
Ukraynada daha iki azərbaycanlı həlak oldu

Ukraynada daha iki azərbaycanlı həlak oldu

21:31
Rusiya qoşunlarının Dnepropetrovsk vilayətinin Marqanets şəhərini atəşə tutması nəticəsində həmyerlimiz Tofiq Məmməd oğlu Əsgərov həlak olub.
Bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib.
Onun sözlərinə görə, Rusiya ordusunun gecə saatlarında Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində 13 dinc sakin həlak olub. 11 nəfər yaralanıb, onlardan 5-nin vəziyyəti ağırdır.
Həlak olanlardan biri 1966-cı il təvəllüdlü azərbaycanlı Tofiq Əsgərovdur
Məlumata görə, Tofiq Əsgərov Poltava Azərbaycanlıları Radasının sədri Fizuli Qəmbərovun qayınatasıdır.
***
Rusiyanın raket zərbələri Ukraynada daha bir azərbaycanlı həlak olub.
Məlumata görə, Çerniqov şəhərinin ərazi müdafiə qüvvələrinin üzvü olan, 1966-cı il təvəllüdlü Fəzail İsa oğlu Əsgərovun yanmış nəşini bu gün morqdan götürərək dəfn ediblər.