• 19 Aprel 2024
logo
Balakəndə kişi yanğın zamanı ölüb

Balakəndə kişi yanğın zamanı ölüb

Balakən rayonunun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən bildirir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.