• 29 Mart 2024
logo
Bakı metrosunda sərnişin dünyasını dəyişib

Bakı metrosunda sərnişin dünyasını dəyişib

Bakı metrosunda sərnişin dünyasını dəyişib.
Bu barədə "Bakı Metropoliteni"nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, hadisə səhər saat 8:10-da baş verib: "Sərnişin qatarda özünü pis hiss edib, "28 may" stansiyasında platformaya düşərkən artıq özündə olmayıb. Dərhal təcili tibbi yardım çağırılıb və hadisə yerinə gələn həkim ölüm faktını təsdiq edib”, - deyə B. Məmmədov qeyd edib.