• 19 Aprel 2024
logo
Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib

Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO

Bu gün "LIBRAFF" kitab mağazaları şəbəkəsində Qarabağ qazisi, görmə məhdudiyyətli yazıçı Zaur Bayramoğlunun Azərbaycan tarixindən bəhs edən “Adını sen koy” kitabının təqdimatı keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən müəllif kitabın yazılma prosesindən bəhs edib.
O qeyd edib ki, kitabın Azərbaycan dilində nəşr olunan variantı ilə Türkiyə türkcəsində nəşr olunan variantı arasında müəyyən fərqlər var: “Kitabın içərisində 14 başlıq altında povestlər, hekayələr, esseler toplanıb. Mənim bu kitabı türk dilinə tərcümə etdirməkdə əsas məqsədim qardaş türk xalqına bizim dünənimiz və bu günümüz haqqında ətraflı məlumat verməkdir”.
Tədbirdə Zaur Bayramoğlunun döyüş yolundan bəhs edilib.
Sonra yazıçı kitabını oxucuları üçün imzalayıb.
Qeyd edək ki, ötən il dekabr ayının 5-də Türkiyə Yazarlar Birliyinin Ankara şöbəsində “Adını sen koy” kitabının təqdimatı keçirilib.

Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO Qazi Zaur Bayramoğlunun kitabının təqdimatı keçirilib - FOTO