• 20 Yanvar 2022
logo
Ermənistanın işğal zamanı Azərbaycan ərzilərində apardığı qanunsuz arxeoloji qazıntıların siyahısı açıqlanıb

Ermənistanın işğal zamanı Azərbaycan ərzilərində apardığı qanunsuz arxeoloji qazıntıların siyahısı açıqlanıb

İşğal boyunca Ermənistan Xocavənd, Ağdam, Xocalı, Şuşa və Xankəndi də daxil olmaqla Azərbaycan torpaqlarında qanunsuz arxeoloji qazıntılar aparıb.
Bu, "Ermənistanın azərbaycanlılara məxsus mədəni və tarixi irsi mənimsəməsi ilə bağlı hesabat"da yer alıb.
Mədəniyyət Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə hazırladığı hesabatda qeyd olunur ki, 2002-ci ildən etibarən isə Azıx mağarasında (paleolit dövrünə aid insan məskəni kimi tanınır) qazıntı işləri İspaniya, Böyük Britaniya və Niderlanddan olan xarici ekspertlərin iştirakı ilə həyata keçirilib.
Bundan əvvəl mağara döyüş sursatlarının saxlanması və hərbçilərin döyüş poliqonu kimi istifadə olunub. Qanunsuz qazıntı işlər zamanı elmi əhəmiyyətə malik çoxsaylı materiallar aşkar edilərək Ermənistan və Qərb ölkələrində yerləşən muzeylərə daşınıb.
Qanunsuz qazıntı işləri həmçinin Hamlet Petrosyanın başçılığı ilə Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında həyata keçirilib və 2020-ci ilin iyuluna kimi 14 il davam edib. Burada da aşkar edilmiş bütün artefaktlar qanunsuz olaraq Ermənistana göndərilib.
Xocavənd rayonunun Tuğ və Tağlar kəndləri arasında yerləşən Tağlar mağara düşərgəsi Qafqaz və Orta Şərqdə paleolit dövrünə mağara düşərgəsində tapılmış alətlər zəngin tarixə malikdir və daha sonralar tapılmış əmək alətlərinin mənşəyini öyrənməyə imkan verir. Xarici ölkələrdən gəlmiş mütəxəssislərin iştirakı ilə bu mağarada da aparılmış qanunsuz qazıntı işləri zamanı minlərlə nümunələr aşkar edilərək talanıb və xaricə çıxarılıb.
Xudavəng monastırı da Ermənistan tərəfdən qanunsuz qazıntı işlərinə məruz qalıb. Ermənistan tərəfi özü etiraf edib ki, 2007-ci ildə aparılmış ilkin qazıntılar zamanı Ermənistan xristian ənənələrinə xas olmayan türbə aşkar edilib. Dəyərli qalıqlar yenə də monastırın erməni abbatlığı tərəfindən müsadirə edilib. Növbəti qazıntı işləri 2017-ci ildə monastır kompleksinin kiçik kümbəzli kilsəsinin bərpası çərçivəsində 10 günlük ekspedisiya zamanı həyata keçirilib.