• 22 May 2024
logo
Magistral yol çökdü: 19 nəfər öldü

Magistral yol çökdü: 19 nəfər öldü

Çinin Quandun əyalətində yüksəksürətli magistral yolun bir hissəsi çöküb.

Baymedia.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Hadisədən sonra 18 avtomobil dağıntılar altında qalıb. Nəticədə 19 nəfər həyatını itirib. Dağıntılar altından isə 31 nəfər xilas edilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.