• 27 İyul 2024
logo
Rusiyanın 3 milyardı Ukraynaya verilir

Rusiyanın 3 milyardı Ukraynaya verilir

AB ölkələri Rusiyanın aktivlərindən əldə edilən gəlirin 90%-nin Ukraynanı silahla təmin etmək üçün xərclənməsi planını təsdiqləyib.

Baymedia.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

“Biz AB-də Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya yardım göstərmək üçün istifadəsini təsdiqləmişik, bu il 3 milyard avronun 90%-i Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcək”, - o bildirib.