• 27 İyul 2024
logo
AB Ukrayna ilə bağlı gələn ay danışıqlara başlayır

AB Ukrayna ilə bağlı gələn ay danışıqlara başlayır

AB ölkələri Moldova və Ukraynanın onların üzvlüyünə qəbulu ilə bağlı rəsmi danışıqlara iyunun 25-də başlamaq niyyətindədirlər.

Baymedia.az xəbər verir ki, bu barədə “Politiko” qəzetinin Avropa nəşri beş diplomata istinadən məlumat yayıb.

Onun sözlərinə görə, assosiasiyaya üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən qərar təxirə salınıb.