• 27 İyul 2024
logo
Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

Baymedia.az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.