• 27 İyul 2024
logo
Ukrayna bir neçə yerə bölünməlidir - Kreniq

Ukrayna bir neçə yerə bölünməlidir - Kreniq

Qərb Ukraynanın müvəqqəti olaraq bir neçə dövlətə bölünməsi imkanlarını nəzərdən keçirməli, onlardan biri NATO-ya qəbul edilməlidir.

Baymedia.az xəbər verir ki, bu fikri Atlantika Şurası yanında Strategiya və Təhlükəsizlik üzrə Amerika “Skoukroft” Mərkəzinin vitse-prezidenti Metyu Kreniq deyib.

Ekspertin fikrincə, Qərb çətin ki, Ukraynanı Rusiya ordusunu məğlub etmək üçün kifayət qədər silahla təmin edə bilsin:

"Əgər bunu etməsək, alternativlər haqqında düşünməli olacağıq. Alternativlərdən biri Ukraynanın qərb hissəsinin NATO-ya qoşulması üçün ayırmaq, sonra isə Ukraynanın qalan hissəsini geri qaytarmaq üçün çalışmaq olardı. Əslində bu, Şərqi və Qərbi Almaniya modeli ola bilər”, - deyə o bildirib.