• 27 İyul 2024
logo
Nikolun partiyası müxalifətə meydan oxudu

Nikolun partiyası müxalifətə meydan oxudu

Hakim Mülki Müqavilə Partiyası “Vətən naminə Tavuş” hərəkatının aksiyaları fonunda Baş nazir Nikol Paşinyanın istefası və ya növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanlarını müzakirə etmək niyyətində deyil.

Baymedia.az xəbər verir ki, bunu partiyanın sədr müavini Vaaqn Aleksanyan deyib.

“Növbədənkənar parlament seçkilərinin keçirilməsi gündəliyi yoxdur. Müxalifət mandatlarından imtina etsə belə, bu, növbədənkənar seçkilərə səbəb olmayacaq. Müxalifətin baş nazirin impiçment prosesinin başlanması ilə bağlı bəyanatına gəlincə, o, buna başlaya bilməyəcək, başlasa da, uğursuzluğa düçar olacaq. Təsəvvür edə bilmirəm ki, biz Paşinyanın istefası məsələsini niyə müzakirə etməliyik, ölkədə siyasi böhran yoxdur”, - Aleksanyan bildirib.