• 13 İyun 2024
logo
Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib

Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Baymedia.az-ın məlumatına görə, bu barədə Azərbaycan I vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”da paylaşım edib.

"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!", - paylaşımda deyilir.