• 16 İyun 2024
logo
Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır

Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır

Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir.

Baymedia.az-ın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu parlamentin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, danışıqlar davam edir.

“Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib.