• 22 İyul 2024
logo
Stoltenberq Putinin Ukrayna ilə sülh danışıqları üçün irəli sürdüyü şərtləri pisləyib

Stoltenberq Putinin Ukrayna ilə sülh danışıqları üçün irəli sürdüyü şərtləri pisləyib

NATO Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinin Ukrayna tərəfinə sülh danışıqları üçün irəli sürdüyü şərtləri pisləyib və onları “daha çox təcavüz, daha çox işğal” təklifi adlandırıb.

Baymedia.az xəbər verir ki, Baş katib bu barədə mətbuat konfransında deyib.

“Bu, xoş niyyətlə irəli sürülən təklif deyil. Bu, əslində, Rusiyanın indiyə qədər Ukraynadan işğal etmiş olduğu torpaqlardan daha çox imtina etməsini gözləyərək müharibə məqsədlərinə çatmağı hədəfləyən bir təklifdir", - Stoltenberq vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib ki, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır.

Onun sözlərinə görə, Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək.

"Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", - Putin deyib.