• 22 İyul 2024
logo
"Qarabağ" bu futbolçunu yenidən qaytardı

"Qarabağ" bu futbolçunu yenidən qaytardı

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Qarabağ" Musa Qurbanlını heyətinə cəlb edib.

Baymedia.az Report-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu son olaraq İsveçdə "Yurqorden"in formasını geyinib.

Qeyd edək ki, Musa Qurbanlı 2023-cü ildə Ağdam təmsilçisindən ayrılmışdı. "Qarabağ" daha əvvəl xorvatiyalı qapıçı Fabiyan Buntiçlə müqavilə imzalayıb.