• 23 Oktyabr 2024
logo
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapıldı

Ermənistan hərbçisinin güllələnmiş meyiti tapıldı

Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbçinin meyiti tapılıb.

Baymedia.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, iyunun 14-də saat 08:20-də hərbi hissələrdən birinin mühafizə olunan ərazisində müqaviləli hərbi qulluqçu Armen Qasparyanın güllə yarası almış meyiti aşkarlanıb.

Onun ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır.