• 22 Oktyabr 2024
logo
“Əgər Ermənistan sülh istəyirsə qanunvericiliyində düzəlişlərə başlamalıdır”

“Əgər Ermənistan sülh istəyirsə qanunvericiliyində düzəlişlərə başlamalıdır”

“Azərbaycan-Ermənistan münasibətlərində bu ökənin öz konstitusiyasında dəyişiklik etməsi gündəmdədir. Yaxşı olardı ki, Ermənistan özünün qaranlıq keçmiş mirasından imtina etsin. Bununla bağlı tarixdə çoxlu sayda president var”.
Baymedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Tural Gəncəliyev deyib. O qeyd edib ki, Azərbaycanla yanaşı Ermənistan NATO-nun ikinci ən güclü ölkəsi Türkiyəyə qarşı ərazi iddiasındadır: Bu isə Ermənistan üçün olduqca təhlükəli bir məsələdir. Əgər Ermənistan sülh istəyirsə ilk öncə bunun üçün öz mövcud qanunvericiliyində düzəlişlərə başlamalıdır”.