• 22 Oktyabr 2024
logo
Rusiya Azərbaycandan şərab idxalını artırır

Rusiya Azərbaycandan şərab idxalını artırır

Rusiyanın pərakəndə satış şəbəkələri Ermənistandan və bir sıra digər dost ölkələrdən şərab idxalını fəal şəkildə artırır.

Baymedia.az xəbər verir ki, bunu Rusiya Pərakəndə Ticarət Assosiasiyalarının rəhbəri İqor Karavayev deyib.

Onun sözlərinə görə, təchizat mənbələrinin şaxələndirilməsi Avropa ölkələrindən Rusiyaya şərab idxalının kəskin azalması ilə bağlıdır:

“Bu azalma alıcıların vəziyyətini pisləşdirə bilər, çünki bazarı sərfəli və keyfiyyətli məhsullarla doldurmaq vaxt tələb edir. Məhz problemi həll etmək üçün indi Ermənistan, Azərbaycan, Gürcüstan, Çili, Argentina, Cənubi Afrika və Serbiya kimi ölkələrdən şərab tədarükünü fəal şəkildə genişləndiririk”.