• 22 Oktyabr 2024
logo
“Nərimanov və Bağırovun acı taleyindən sonra...”

“Nərimanov və Bağırovun acı taleyindən sonra...”

“15 iyun yalnız 90-cı illərin təqvim hadisəsi deyil və 20 senyabr 2023-cü ildən sonra bütün əzəməti ilə aydın görünən dönüş nöqtəsidir. Əslində Ulu öndərin tərcümeyi-halının yarım əsri onlarla xilaskarlıq səhifəsi ilə doludur”.
Baymedia.az xəbər verir ki, xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Zahid Oruc deyib. O, diqqətə çatdırıb ki, Stalinin qurduğu imperiyada çekist sistemindən hakimiyyət birinciliyinə gəlmək, Nərimanov və Bağırovun acı taleyindən sonra 1969-cu ildə Azərbaycana rəhbərlik etmək əsil Qurtuluş hadisəsiydi: “Çünki çarizm, cümhuriyyət və sovet dövrü liderlərinin heç biri onun qədər yüksələ, uzun illər zirvədə qala və ikinci dəfə hakimiyyətə qayıda bilmədilər. Belə siyasi uzunömürlülük xalqımızın və hələ yenicə formalaşan milli dövlətimizin də möhkəmlik testi oldu. Beləliklə, 8 noyabr Zəfəri son 50 illik Əliyev kursunun parlaq nəticəsidir”.