• 27 İyul 2024
logo
İsrailin müharibə xərcləri açıqlandı

İsrailin müharibə xərcləri açıqlandı

İsrailin Qəzza zolağında müharibə üçün ümumi xərcləri artıq 65 milyard dollar civarındadır.

Baymedia.az xəbər verir ki, bu barədə Knessetin vitse-spikeri, “Evimiz İsraildir” partiyasından olan deputat Yevgeni Sova “İzvestiya”ya müsahibəsində deyib.

“Bu qədər əsgərin hərbi xidmətə çağırılması iqtisadiyyata böyük yük qoydu: bir çox insan işini və biznesini tərk etdi. Artıq müharibənin ümumi dəyəri təqribən 250 milyard şekel və ya təxminən 65 milyard dollardır”, - deyə o bildirib.

Onun sözlərinə görə, İsrail hökuməti bu vəsaiti büdcə kəsirini artırmaqla kompensasiya etməyi planlaşdırır.