• 15 Avqust 2022
logo
ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək

ABŞ Avropada hərbi mövcudluğunu gücləndirəcək

NATO hər sahədə - quruda, havada və dənizdə gücləndiriləcək.
Bunu ABŞ Prezidenti Co Bayden Madriddə keçirilən NATO sammiti çərçivəsində Alyansın Baş katibi Yens Stoltenberqlə görüşündə deyib.
O, ABŞ-ın Avropadakı NATO qüvvələrini gücləndirdiyini elan edərək, ittifaqın bu gün "heç vaxt olmadığı qədər" buna ehtiyac duyduğunu deyib.
Bayden bildirib ki, ABŞ NATO çərçivəsində Avropadakı hərbi mövcudluğunu artıracaq. O, Alyansın şərq cinahına əlavə 20 min qüvvənin göndəriləcəyini, Polşada ABŞ ordusunun 5-ci korpusunun daimi qərargahının tikiləcəyini açıqlayıb.
“Putin Avropanın finlandiyalaşdırılmasını istəyirdi və nəticədə “NATO-laşmasını əldə etdi. NATO müqaviləsinin 5-ci maddəsi pozulmazdır və biz NATO ərazisinin hər santimetrini belə müdafiə etməyə hazır olduğumuz bir daha təsdiqləyirik", - Bayden deyib.
ABŞ Prezidenti əlavə edib ki, onun ölkəsi Almaniya və İtaliyada da havadan müdafiə qabiliyyətini gücləndirəcək.
Prezident Bayden Britaniyaya da 2 F-35 təyyarəsinin göndəriləcəyini açıqlayıb.