• 6 Dekabr 2024
logo
Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

Monteneqro Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır

Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Yakov Milatoviçi Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.