• 2 Sentyabr 2026
logo
Pezeşkian mövqeyini bəlli etdi: İsrailə qarşı…

Pezeşkian mövqeyini bəlli etdi: İsrailə qarşı…

İran Hizbullahı və regionda müqavimət hərəkatını dəstəkləməyə davam edəcək.

Baymedia.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu sözlər İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Hizbullah rəhbərinə məktubunda yer alıb.

O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib:

“İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib… Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin”.