• 2 Sentyabr 2026
logo
Ruslar "birdəfəlik" dron yaratdı: 200-lə uçur...

Ruslar "birdəfəlik" dron yaratdı: 200-lə uçur...

Rusiya pilotsuz təyyarələrlə mübarizə aparmaq üçün yeni “birdəfəlik” “Vogan-9SP” PUA-sını yaradıb.

Baymedia.az xəbər verir ki, bu barədə "Defens Ekspress" məlumat yayıb.

Bildirilib ki, Rusiya tərəfi də müharibədə dronlara daha çox diqqət ayırır.

Qeyd olunur ki, rusların yaratdığı “Vogan-9SP” kvadrokopter tipli PUA-dır:

“Bu məhvedici dronun taktiki və texniki xüsusiyyətlərindən məlum olan odur ki, onun təxminən 200 km/saat sürəti var. Dron sistemdən 45% bucaq altında buraxılır, pilotsuz təyyarənin məhv edilməsi döyüş başlığının partladılması ilə baş verir”.