• 2 Sentyabr 2026
logo
İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa... - Xərrazi

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa... - Xərrazi

İsrail Livana qarşı genişmiqyaslı müharibəyə başlasa, İran bütün gücü ilə “Hizbullah”ı müdafiə edəcək.

Baymedia.az xəbər verir ki, bunu İranın ali dini rəhbəri Seyid Əli Xameneinin müşaviri, beynəlxalq münasibətlər üzrə strateji şuranın başçısı Kamal Xərrazi “Finansial Times”ə müsahibəsində bildirib.

“Belə bir şəraitdə bizim “Hizbullah”ı bütün vasitələrlə dəstəkləməkdən başqa seçimiz qalmayacaq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bütün livan xalqı və ərəb dövlətləri Livanı dəstəkləyəcək.