• 2 Sentyabr 2026
logo
Mark Rutte NATO-nun baş katibi seçildi

Mark Rutte NATO-nun baş katibi seçildi

Niderlandın Baş naziri Mark Rutte NATO-nun Baş katibi seçilib.

Baymedia.az xəbər verir ki, Ruttenin bu vəzifəyə yeganə rəqibi olan Rumıniya Prezidenti Klaus İohannis keçən həftə namizədliyini geri götürdüyünü elan etdikdən sonra onun təyinatı rəsmiləşib.

Rutte bu postda hazırkı Baş katib Yens Stoltenberqi əvəz edəcək.

Xatırladaq ki, Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır.